Bildiriş:
(dərc olunma tarixi: 17.03.202)
Havalandırma sisteminin (xarici və daxili blok) alınması və quraşdırılması işlərinin satın alınması predmeti üzrə 20.02.2026 – cı il tarixində elan verilmiş açıq tenderə dair təklifin və aidiyyəti sənədlərin təqdim olunma tarixi 19.03.2026-cı il saat 14:00 - a qədər uzadılmışdır.
Açıq tender üzrə təklif zərflərinin açılışı 19.03.2026-cı il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.
“AzerGold” QSC AÇIQ TENDERƏ DƏVƏT EDİR:
(Elan tarixi: 20.02.2026)
Havalandırma sisteminin (xarici və daxili blok) alınması və quraşdırılması işlərinin satınalınması
Təchizatçılar Cəmiyyətin rəsmi internet səhifəsində - https://www.azergold.az satınalmalar bölməsinə daxil olaraq satınalmalarla tanış ola və iştirak etmək istədikləri proses üzrə əsas şərtlər toplusunu əldə etmək üçün müraciət sorğusunu müvafiq elektron poçt ünvanına ([email protected]) göndərməklə və ya yazılı şəkildə açıq tenderdə iştirak etmək niyyəti barədə müraciət ünvanlamaqla satınalma prosesində iştirak edə bilərlər.
Ehtimal qiymət - 77,014.67 AZN
İştirak haqqı – 100 AZN
Benefisiar: “AzerGold” QSC
VÖEN: 1403467421
H/h: AZ71AIIB380100C9446440000210,
Kapital Bank ASC, H. Cavid filialı,
bankın VÖEN-i: 9900003611,
KOD: 201531,
M/h: AZ37NABZ01350100000000001944,
SWİFT: AIIBAZ2XXXX.
Satın alınan xidmətlərin siyahısı (qiymət cədvəli)
|
S/s |
Malların və İşlərin adı |
Xüsusiyyətləri |
Vahidi |
Miqdarı |
Vahidin qiyməti |
Ümumi qiymət |
|
1 |
DAIKIN FDMQN140CXV1 Kondisioner/Havalandırma sisteminin alınması, çatdırılması və quraşdırılması (xarici və daxili blok daxil bütün mal-material ilə birlikdə) |
1. Dəyirmanların idarəetmə otağı- uzunluq 14.9m, en 5.8m, hündürlük 2.85m (246.2m3) |
Dəst |
4 |
|
|
|
2. Xarici blokun quraşdırılması (Xarici blok üçün metal dayağın hazırlanması və ya bünövrə üzərində montajı, titrəyişə qarşı rezin dayaqların quraşdırılması) - Yerdən 7-8 m yüksəklikdə binanın fasadına |
||||||
|
3. Daxili blokların quraşdırılması (Daxili blokların havalandırma sisteminin layihəsi üzrə yerlərdə asılması, hava axınının düzgün istiqamətləndirilməsi və asqı sistemlərinin bərkidilməsi) |
||||||
|
4. Kondisionerlərin elektrik xəttlərinə qoşulması (avtomat açar, xarici mühitin təsirinə davamlı qoruyucu boruya salınmaqla torpaqlama damarlı güc və siqnal kabelinin çəkilməsi, elektrik panoya qoşulması) mal-material daxil - Elektrik mənbəsindən işlədiciyə qədər məsafə 50 metr təşkil edir. Elektrik avadanlıqları (kabel, avtomat, kontaktor və s.) kondisionerin gücünə uyğun olaraq seçilməli və Sifarişçi ilə əvvəlcədən razılaşdırılmalıdır. |
||||||
|
5. Freon borularının (məsafə 10-15 metr) və drenaj xəttlərinin çəkilməsi və izolyasiyası; (Kondensat sularının uzaqlaşdırılması üçün PVC drenaj borularının çəkilməsi, birləşmələrin sızdırmazlığı və test olunması.) mal-material daxil |
||||||
|
2 |
Elektrik otağından xaricə hava sovurması istiqamətində havalandırma sisteminin layihələndirilməsi, alınması, çatdırılması və quraşdırılması; - mal-material daxil |
1. Hava mübadiləsinin 40 dəfə/saat və ya 10000 m3/saat təmin olunması. |
Dəst |
1 |
|
|
|
2. Havanın ötürülməsi üçün ventilyator (hava sovurma mühərriki) quraşdırılması, havanın giriş-çıxış mənfəz və borularının təmin olunması. Qeyd: Ventilyatorun sürət tənzimləyici paneli (speed control panel) ilə birlikdə montajı və qoşulması. |
||||||
|
3. Sistem üzrə bütün kabel, qidalanma və idarəetmə bağlantılarının tamamlanması. 7,5 kvt qədər gücü qarşılaya biləcək elektrik mənbəsindən işlədiciyə qədər məsafə 50 metr təşkil edir. |
||||||
|
4. Sistemin işə salınması, temperatur və hava axını ölçmələrinin aparılması, idarəetmə rejimlərinin yoxlanılması və sazlanması. |
||||||
|
5. Quraşdırmadan sonra sistemin sınaq edilməsi, işə salınması və texniki yoxlaması aparılmalıdır. |
||||||
|
CƏM |
|
|||||
|
ƏDV(18%) |
|
|||||
|
YEKUN CƏM |
|
|||||
Qeyd:
Havalandırma sisteminə daxili və xarici bloklar, eləcə də havalandırma kanalları (borular), jalüzlər və s. daxildir.
Təchizatçı tərəfindən təklifində təklifin qüvvədə olma müddəti göstərilmədikdə bu ƏŞT-də qeyd olunan minimal müddət nəzərə alınacaqdır.
Təchizatçı Malların təchizi, quraşdırılma işləri, öhdəliklərinin icrası ilə bağlı yaranacaq bütün xərcləri qiymət təklifində nəzərə almalıdır.
Əsas Şərtlər Toplusunun Məlumat Xəritəsi hissəsinin 4-cü bəndində göstərilən ixtisas göstəricilərinə dair aşağıda qeyd olunmuş sənədləri, həmçinin qiymət təklifini imzalanmış zərfdə 17 Mart 2026-cı il saat 14:00-a qədər “AzerGold” QSC-nin Satınalma Komissiyasına (Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
- Satınalma metodunda iştirak etmək üçün təchizatçılərin ixtisas göstəricilərinə dair aşağıdakı tələblər müəyyən edilir:
- Müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanları barədə məlumat:
- Bu ƏŞT-nin “ƏLAVƏLƏR” bölməsində müəyyən edilmiş “İxtisas göstəriciləri üzrə Məlumat” Formasında tərtib olunmuş rəsmi sənəd (həmin formada tələb olunan məlumatlar yazılmaqla və yardımçı sənədlər əlavə edilməklə);
- Bu ƏŞT-nin “ƏLAVƏLƏR” bölməsində müəyyən edilmiş “Satınalma metodu iştirakçısının komplekt anket Forması”-nda tərtib olunmuş rəsmi sənəd (formada tələb olunan məlumatlar yazılmaqla);
- Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank arayışı (hesab qalığı göstərilməklə) – arayış satınalma prosesinin qüvvədə olduğu müddət ərzində verilmiş olmalıdır, həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır.
- İştirak edəcək təchizatçının (hüquqi şəxs olduqda) Nizamnaməsi və ya Əsasnaməsi;
- Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
- Vergi ödəyicisinin eyniləşmə vərəqəsi (VÖEN);
- Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin mövcud olmamasına, o cümlədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərarın olmaması haqqında müvafiq dövlət qurumundan arayış - əsli və ya notarial qaydada təsdiq olunmuş surəti
- Icraçı havalandırma və kondisioner sistemlərinin quraşdırılması sahəsində ən azı 3 (üç) illik təcrübəyə malik olmalıdır
- Analoji (oxşar) layihələrin icrası üzrə ən azı 5 (beş) referens təqdimatı (tamamlanmış layihəsi) olmalıdır.
- İşlərin icrasında iştirak edən mühəndis-texniki heyət aşağıdakı ixtisaslara malik olmalıdır:
- İstilik, soyutma və havalandırma sistemləri üzrə mühəndis;
- Kondisioner quraşdırma və servis üzrə sertifikatlı texniklər;
- Elektrik montajı üzrə ixtisaslı elektriklər.(Elektrik təhlükəsizliyi üzrə min 3.qrup)
Açıq tender üzrə təklif zərflərinin açılışı 17 Mart 2026-cı il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.
Satınalma Komissiyası