Haqqımızda

"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına uyğun olaraq təsis edilib, 5 iyul 2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb.

“AzerGold” QSC əlvan və qara metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Həmçinin Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli, 1176-VIQ nömrəli Qanunu ilə “Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə verilib.

STRATEJİ BAXIŞ:

Biz Azərbaycanda və ölkə hüdudlarından kənarda dünya miqyaslı və aparıcı mədən şirkəti olmaq niyyətindəyik.

MİSSİYA:

Təbii resursları sosial rifaha və dayanıqlı inkişafa çevirməkdir.

DƏYƏRLƏR:

  • Ətraf mühit və sosial məsuliyyət 
  • Şəffaflıq
  • Əməkdaşlıq
  • İnnovativlik
  • Dürüstlük
  • Dayanıqlılıq

MƏQSƏDLƏR VƏ STRATEJİ HƏDƏFLƏR:

  • MƏQSƏD 1: DAĞ-MƏDƏN SƏNAYESİNİN İNKİŞAFI
  • MƏQSƏD 2: MƏDƏN HASİLATI İLƏ ƏLAQƏDAR YAN SAHƏLƏRİN İNKİŞAFI
  • MƏQSƏD 3: XARİCİ ƏLAQƏLƏRİN İNKİŞAF ETDİRİLMƏSİ VƏ GƏLİRLƏRİN ARTIRILMASI