Xammal şəklində qızıl və gümüş satışı müqavilə əsasında həyata keçirilir. Bunun üçün [email protected] e-mail ünvanına müraciət etmək tövsiyə olunur.
Məhsullarımız affinajçı şirkətinin beynəlxalq sertifikatı ilə satılır.
Qızıl sikkələrin sertifikatı olmadıqda, həmçinin külçənin qablaşdırması zədələndikdə (açıldıqda, kəsildikdə, bir hissəsi qoparıldıqda və s.) məhsulun gerialışı təmin edilmir. Həmçinin, məhsul geri alınarkən “AzerGold” QSC-nin eksperti tərəfindən xüsusi cihazlarla yoxlanılır, əyarı 999.9-dan aşağı olan, eləcə də digər metal qarışıqlığı olan məhsullar mübadilə olunmur.
Mübadilə yalnız Satış və mübadilə mərkəzində həyata keçirir. Geri alış qiyməti Mərkəzi Bankın gündəlik məzənnəsinə uyğun hesablanır.
Satış və mübadilə mərkəzində yalnız “AzerGold” QSC-nin pərakəndə bazar üçün istehsal etdiyi qızıl külçə və sikkələrin geri alışı mümkündür.
Satış və mübadilə mərkəzi Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında (Sahil m/s-nın yaxınlığında) yerləşir.
Bəli. Nağdsız qaydada istər Satış və mübadilə mərkəzimizdə, istərsə də onlayn sifariş zamanı ödəniş edə bilərsiniz.
“www.azergold.gift” saytı üzərindən edilən sifarişlər Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinə 1 gün ərzində çatdırılır.
Qızıl məhsullarının satış qiyməti Mərkəzi Bankın gündəlik məzənnəsinə uyğun formalaşır. Qiymətlər çeşidlər üzrə dəyişir. Gümüş məhsulları isə sabit qiymətlə ticarət olunur.
Məhsullarımızı rəsmi Satış və mübadilə mərkəzimizdən, həmçinin www.azergold.gift saytından onlayn sifariş edərək əldə edə bilərsiniz.
Elan olunacaq təqaüd proqramı müsabiqəsi ilə bağlı məlumatları Cəmiyyətin rəsmi internet səhifəsində "Xəbərlər" bölməsindən əldə edə bilərsiniz.
Seçim prosesi vəzifədən asılı olaraq müraciətlərin nəzərdən keçirilməsi, müvafiq daxili prosedur qaydaları çərçivəsində, bir neçə mərhələdən ibarət test və müsahibə yolu ilə həyata keçirilir. Müsahibələr əyani və qiyabi formada aparılır. Bununla yanaşı, Cəmiyyətə ünvanlanan bütün “CV”-lər “CV bankı”nda peşə, ixtisas, iş bacarıqlarına uyğun arxivləşdirilir, vakant iş yerləri üzrə ilk olaraq “CV bankı”na müraciət edilir.
Mövcud vakansiyalarla saytımızın mütəmadi olaraq yenilənən “Karyera” bölməsinə daxil olaraq tanış ola bilərsiniz.
“AzerGold” QSC hazırda Daşkəsən və Göygöl rayonlarının inzibati ərazisində mövcud olan yataqlarda hasilat işləri aparmaqdadır.