"Ağyoxuş" yatağı

“Ağyoxuş” qızıl yataqları qrupu "Çovdar" qızıl yatağından 14 km şimal-şərqdə, Göygöl və Daşkəsən rayonlarının inzibati ərazisində yerləşir. Qızıl yatağı 2017-ci ildə “AzerGold” QSC-nin geoloqları tərəfindən kəşf edilib. “Ağyoxuş” nisbətən kiçik yataqlar qrupu hesab edilsə də, hazırda fəaliyyətdə olan “Çovdar” mədəninə yaxınlıqda yerləşməsi bu yatağın əlavə kapital qoyulmadan, eləcə də yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan istismarına şərait yaradıb. Yataqlar qrupu “Ağyoxuş-1”, “Ağyoxuş-2” və satellit qızıl yataqlarından ibarətdir. Bütün mərhələlər üzrə hasil ediləcək filizlərin emalı Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində həyata keçiriləcək. “Ağyoxuş-1” yatağı üzrə hasilat işləri 2020-ci ilin noyabr-2021-ci ilin dekabr ayları ərzində icra edilib. Nəticədə 19,829 unsiya həcmində qızıl hasil edilib. “Ağyoxuş-2” və satellit qızıl yataqları isə 2024-cü ildə istismara veriləcək, satılabilən qızıl ehtiyatı 31,507 unsiya təşkil edir.

Digər layihələr