Sərfəlilik

Hazırda yerli maliyyə bazarında xarici valyutada təklif edilən mövcud əmanət faizlərindən daha sərfəlidir.

Sabit gəlirlilik

Sizə tədavül müddəti ərzində sabit gəlir qazanmaq imkanı verir. Yatırım etdiyiniz məbləğdən əlavə faiz dərəcəsi (kupon) üzrə məbləği, yəni əlavə gəlirinizi də əvvəlcədən müəyyənləşdirilmiş vaxtlarda əldə edirsiniz.

Etibarlılıq

Etibarlılıq təminatçısı dünya bazarlarında daim yüksək təlabatlı qızılın böyük ixrac potensialına malik, yüksələn templə inkişaf edən dağ-mədən sektorunda mənfəətlə çalışan dövlət şirkəti – “AzerGold” QSC-dir.

“AzerGold” istiqrazları

Azərbaycanın qeyri-neft sektorunun ən böyük ixracatçılarından birin olan "AzerGold" QSC 2024-cü ildə Bakı Fond Birjası vasitəsi ilə növbəti dəfə istiqraz tədavülə buraxıb.

İstiqrazların parametrləri

• Nominal dəyəri – 100 ABŞ dolları;

• Ümumi emissiya həcmi – 20,000,000 ABŞ dolları;

• Tədavül müddəti – 3 il;

• İllik gəlirlilik faizi – 6 %;

• Kupon faizlərinin ödəniş müddəti – 90 təqvim günündən bir;

• Kupon faizlərinin ödəniş dövrü – rüblük olaraq ildə 4 dəfə.

Hərracın nəticələri

• İstiqrazların emissiyası Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə keçirilib;

• Hərracda tələb təklifi üstələyib, istiqrazların orta ölçülmüş qiyməti 5.98% müəyyən edilib;

• Ölkəmizin maliyyə bazarı üçün ən əlverişli şərtlərlə təqdim edilən investisiya alətlərindən hesab olunan “AzerGold” istiqrazları vətəndaşlara etibarlı və mənfəətli investisiya, əlavə gəlir qazanmaq imkanı yaradıb.

 

“AzerGold” istiqrazları – tanıtım videoçarxı
Nə üçün “AzerGold” istiqrazları?
İstiqraz əldə etmək üçün 3 sadə addım
İstiqraz investisiya qiymətli kağızıdır. "AzerGold" istiqrazları rüblük faizləri gəlirlər qazandıran, tədavül müddətinin sonunda investisiya vəsaitini geri götürmək imkanı verən maliyyə alətidir.
İstiqrazlar 3 il müddətinə, illik 6 faiz gəlirlə tədavülə buraxılır. Faizlər istiqrazların nominal dəyərindən hesablanaraq tədavül müddətində rüblük (hər rübün sonuncu iş günündən sonrakı iş günü) olaraq nağdsız qaydada ödənilir. Bu zaman əsas kimi rübdə 90 gün götürülür.
İstiqrazlar “AzerGold” QSC-nin maliyə mənbələrinin şaxələndirilməsi və yeni layihələrin icrasına yönəldilməsi, eyni zamanda ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə vermək, vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanları yaratmaq məqsədilə buraxılıb.
"AzerGold" istiqrazları faizli, təminatsız, sənədsiz, adlı investisiya qiymətli kağızlarıdır.
"AzerGold" istiqrazlarının satışı iki tranş üzrə həyata keçiriləcək. İstiqrazların kütləvi təklif üsulu ilə ilkin yerləşdirilməsi “Bakı Fond Birjası” QSC-nin ticarət platforması vasitəsilə baş tutacaq.
İstiqrazlar illik 4 faiz dərəcəsi ilə qazanc gətirir.
İstiqrazlar ABŞ dolları ilə tədavülə buraxılıb.
Bəli. İstənilən digər aktiv kimi, istiqrazlar ümumi qaydada alına/satıla, bağışlana və dəyişdirilə bilər.
Bəli. Bunun üçün xaricdə olan şəxsin yerli investisiya şirkətlərindən biri ilə müvafiq xidmət müqaviləsi olmalıdır.
Bəli. Lakin bunun üçün istiqraz əldə etmək istəyən şəxsin yerli investisiya şirkətlərindən biri ilə müvafiq xidmət müqaviləsi olmalıdır.
Bəli. Bank hesabı həm alqı-satqı, həm də istiqrazlar üzrə kupon və əsas ödənişin alınması üçün istifadə edilir.