Bakı Fond Birjasında “AzerGold” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

21.09.2020

15:13

18 sentyabr 2020-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “PAŞA Kapital İŞ” QSC-nin yerləşdirmə üzrə anderrayter qismində çıxış etdiyi, ümumi dəyəri 20 000 000 (iyirmi milyon) ABŞ dolları olan və “AzerGold” QSC-yə aid istiqrazların birinci tranşı üzrə buraxılan hissəsi standart bazar seqmentində listinqə daxil edilmişdir. 

Birinci tranş üzrə 10 000 000 (on milyon) ABŞ dolları həcmində buraxılan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə 24 sentyabr tarixində saat 11.00-da həyata keçiriləcəkdir.

İstiqrazlar üzrə

məlumat aşağıdakı kimidir: Dövlət qeydiyyat nömrəsi – İSİN

İstiqrazların növü və forması

İstiqrazların sayı

Nominal Dəyəri

İllik faiz dərəcəsi

Tədavül müddəti

Kupon faizlərinin ödəniş müddəti

AZ2001019879

Faizli təmin edilməmiş sənədsiz
adlı

100 000 

(ədəd)

100 USD

4%

3 il

90 təqvim günündən bir


Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” ( https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.


Mənbə: pashacapital.az,

bfb.az