“Nəsirvaz” qızıl təzahür sahəsi Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşir. Sahə 1952-ci ildə kəşf edilmişdir. “AzerGold” QSC tərəfindən 2023-cü ilin ikinci yarısından etibarən sahədə mərhələli axtarış və qiymətləndirmə işləri aparılır.
Aparılmış tədqiqatların nəticələri qənaətbəxş hesab edilmişdir. Sahə üzrə tədqiqatların davam etdirilməsi, o cümlədən əlavə buruq-qazma işlərinin aparılması nəzərdə tutulur.