TƏHLÜKƏSİZLİK

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələblərinə uyğun olaraq, “AzerGold” QSC-nin rəsmi veb-səhifəsi olan “www.azergold.az” vasitəsilə şəxsi məlumatlarınız digər üçüncü şəxsə və ya quruma ötürülə bilməz. Saytımızdan şəxsi məlumatınız (elektron poçt ünvanı) “Xəbərlər” və “Karyera” bölməsində e-mailinizi qeydiyyat hissəsinə daxil edib abunə olduğunuz halda xəbərlər, eləcə də digər yeniliklər barədə sizi məlumatlandırmaq məqsədilə, o cümlədən əlaqə yaradılması üçün istifadə edilə bilər.

FƏRDİ MƏLUMATLAR HANSILARDIR?

Ad və soyad;

Doğum tarixi;

Cins;

Telefon nömrəsi;

Email ünvanı;

Poçt ünvanı;

Kredit kart nömrəsi və s.

İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ NƏDİR?

İnformasiya təhlükəsizliyi - informasiya və ona xidmət edən infrastrukturun sahibi və ya istifadəçilərinə ziyan vurmağa səbəb olan təbii və ya süni xarakterli, təsadüfi və ya qəsdli təsirlərdən informasiya və ona xidmət edən infrastrukturun mühafizəli olmasıdır. İnformasiyanın mühafizəsi - informasiya təhlükəsizliyinin təmin olunmasına yönəlmiş tədbirlər kompleksidir.