"Tülallar" yatağı

“Tülallar” qızıl yatağı Göygöl rayonu ərazisində yerləşir. “Tülallar” SSRİ dövründə kəşf edilmiş, lakin geniş tədqiq edilməmiş, 2017-ci ildən “AzerGold” QSC-nin geoloqları tərəfindən geniş tədqiq edilmiş qızıl yatağıdır. Yataq üzrə hasilat prosesi Səhmdar Cəmiyyət üçün ən əlamətdar təqvimlərdən birində, 11 fevral 2023-cü il tarixində - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Səhmdar Cəmiyyətin təsis olunmasının 8-ci ildönümündə başlanıb. Yataq üzrə satılabilən qızıl ehtiyatı 79,755 unsiya təşkil edir.

Digər layihələr