“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti dinamik inkişaf edən şirkətdir. Gənc olmağımıza baxmayaraq, Azərbaycanın qeyri-neft ixracının genişlənməsinə önəmli töhfəmizi veririk. İnnovativ yanaşma və müasir texnologiyaların tətbiqi ilə yanaşı, peşəkar işçi heyəti uğurlarımızın əsasını təşkil edən amillərdən biridir.

Dayanıqlı və davamlı inkişaf perspektivlərinə malik olması “AzerGold” QSC-nin uzunmüddətli işlə təmin edə biləcək işəgötürən kimi qiymətləndirilməsinə əsas verir. Biz mühəndislik, metallurgiya, geologiya, maliyyə və digər sahələrdə peşəkar karyera imkanları təklif edirik və inanırıq ki, karyera yüksəlişiniz “AzerGold” QSC-nin hədəfləri ilə birgə addımlaya bilər.