“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı artıb
05.07.2025
12:00
Ölkəmizin ən tələbatlı işəgötürənlərindən biri olan “AzerGold” QSC əməyin mühafizəsi və təhlükəsiz iş şəraitinin təmin olunması istiqamətində səmərəli və məqsədyönlü fəaliyyətini davam etdirir.
“AzerGold” QSC-nin fəaliyyətə başlamasından ötən 9 il ərzində həyata keçirilən ardıcıl və sistemli tədbirlər nəticəsində istehsalatda təhlükəsiz əmək şəraiti təmin edilib.
Ötən dövr ərzində QSC və onun törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-də xəsarətsiz iş saatlarının sayı ümumilikdə 7.6 milyonu ötüb.