“AzerGold” QSC-nin dövlət büdcəsinə vergi ödənişləri artıb

05.07.2025

11:00

Milli dağ-mədən sənayesinin uğurları üçün çalışan “AzerGold” QSC fəaliyyətə başladığı 9 il ərzində dövlət büdcəsinə 216 milyon 433 min manata yaxın vergi ödənişlərini həyata keçirib.

Həmçinin QSC tərəfindən dövlət büdcəsinə 34 milyon 845 min manat məbləğində sosial köçürmələr icra edilib.

Qeyd edək ki, “AzerGold” QSC inkişaf strategiyasına uyğun olaraq 2030-cu ilədən illik dövriyyəsini 1 milyard manata çatdıraraq, ölkəmizin ən iri vergi ödəyicilərindən birinə çevrilməyi əsas hədəflərindən biri olaraq müəyyənləşdirib.