“AzerGold” QSC-nin növbəti xatirə sikkəsi Laçına həsr olunacaq

21.07.2025

14:00

“AzerGold” QSC tərəfindən qədim və zəngin tarixə, füsunkar təbiətə malik Laçın şəhərinə həsr olunmuş yeni xatirə sikkəsi istehsal ediləcək.

Yeni sikkənin tərtibatında Laçın bölgəsinin zəngin mədəni irsi, sənətkarlıq ənənələri və xalq yaradıcılığının vacib hissəsi – Qarabağ xalçaçılıq məktəbinə aid “Qasımuşağı” xalça naxışlarından istifadə edilib. 

Sikkənin əsas elementi isə Azərbaycan dövlət rəmzlərinin ayrılmaz hissəsi olan səkkizguşəli ulduzdur.

“Laçın” sikkəsi “AzerGold” QSC-nin istehsalını planlaşdırdığı sayca 13-cü sikkədir.