“AzerGold” QSC tərəfindən elan edilmiş “Təqaüd proqramı” müsabiqəsinin test imtahanı mərhələsinə start verilir

02.12.2021

16:40

“AzerGold” QSC tərəfindən elan edilmiş dağ-mədən sahəsi üzrə təhsil alan ali məktəb tələbələri üçün “Təqaüd proqramı” müsabiqəsinin test imtahanı mərhələsinə start verilir.

Diqqətinizə çatdırırıq ki, müsabiqədə iştirak üçün daxil olmuş bütün müraciətlərə baxılıb. Əvvəlcədən elan edilmiş şərtlərə cavab verən bütün namizədlər test imtahanı mərhələsində iştirak hüququ əldə ediblər. Test imtahanı 04 dekabr 2021-ci il tarixində saat 11:00-da “AzerGold” QSC-nin baş ofisində keçiriləcək. İmtahanda iştiraka dair rəsmi bildiriş alan namizədlərdən 04 dekabr tarixində, saat 10:40-dan gec olmayaraq Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi 2H ünvanına gəlmələri xahiş olunur. İmtahanın müddəti 1 saatdır.

Müsabiqəyə dair əlavə məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.