Əlaqələndirmə Qərargahının rəhbəri və üzvləri “Dəmirli” Filiz Emalı Kompleksində görülən işlərlə tanış olublar
18.06.2026
12:38
Azərbaycan Prezidenti Administrasiyasının və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Ağdərə şəhərində keçirilən Qərargahın növbəti iclasından sonra iştirakçılar Ağdərə rayonunda yerləşən “Dəmirli” Filiz Emalı Kompleksində görülən işlərlə tanış olublar.
İclas iştirakçılarına həyata keçirilən layihələrin bölgənin sosial-iqtisadi inkişafına töhfəsi barədə məlumatlar təqdim olunub.
Məlumatlandırma zamanı bildirilib ki, digər istiqamətlərdə olduğu kimi, sənaye sahələrində həyata keçirilən layihələr işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına, sahibkarlığın inkişafına və Böyük Qayıdış prosesinin iqtisadi dayaqlarının möhkəmləndirilməsinə xidmət edir.




