"Gəncə" Voleybol klubu Azərbaycan Yüksək Liqasının bürünc mükafatçısı olub
19.04.2026
18:00
“AzerGold” QSC-nin baş sponsoru olduğu, Gəncə-Daşkəsən regionunu voleybol üzrə Azərbaycan Yüksək Liqasında uğurla təmsil edən qadınlardan ibarət “Gəncə” Voleybol Klubu mövsümü uğurla başa vuraraq bürünc medal qazanıb.
Üçüncü yer uğrunda keçirilən həlledici görüşdə komanda “Milli Aviasiya Akademiyası” Voleybol Klubunu 3:0 hesabı ilə inamlı və üstün oyun nümayiş etdirərək məğlub edib.
Komandamızı bu əlamətdar nəticə münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək yarışlarda daha böyük uğurlar və yeni zirvələr arzulayırıq.


