“Gəncə” Voleybol Klubunun təlim-məşq bazası ziyarət edilib

27.02.2026

12:00

“AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – Sədrin müavini Xəyyam Fərzəliyev, Daşkəsən rayon icra hakimiyyətinin başçısı Orxan Abbasov və Göygöl rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzov Gəncə-Daşkəsən regionunu voleybol üzrə Azərbaycan yüksək liqasında təmsil edən “Gəncə” Voleybol Klubunun təlim-məşq bazasını ziyarət ediblər. 

Qonaqlar Gəncə İdman Sarayında Səhmdar Cəmiyyətinin baş sponsoru olduğu klubun komanda üzvləri və məşqçiləri ilə görüşüb, məşq prosesini izləyiblər. 

Daha sonra klubun gələcək planları, ehtiyacları, heyətin gücləndirilməsi istiqamətində atılacaq addımlar barədə geniş fikir mübadiləsi aparılıb. Qonaqlar qar voleybolu üzrə Azərbaycan kubokunun qalibi olan klubun cari çempionatda  da yüksək nailiyyətlər əldə edəcəyinə inandıqlarını bildirərək, komandaya uğurlar arzulayıblar.