“Təqaüd proqramı” müsabiqəsinin 2-ci mərhələsinə start verilir

23.12.2021

12:12

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən elan edilmiş dağ-mədən sahəsi üzrə təhsil alan ali məktəb tələbələri üçün “Təqaüd proqramı” müsabiqəsinin 2-ci - müsahibələr mərhələsinə start verilir. Müsabiqənin test imtahanı mərhələsində ən yüksək bal toplamış 20 namizəd növbəti mərhələyə dəvət olunublar.

Sözügedən müsahibələr 24 dekabr 2021-ci il tarixində saat 15:00-dan etibarən onlayn formatda təşkil ediləcək. İştiraka dair rəsmi bildiriş alan namizədlərdən 24 dekabr tarixində onlara təqdim olunan saat qrafiki üzrə onlayn müsahibələrə qoşulmaları xahiş olunur.

Müsabiqəyə dair əlavə məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.