"Göydağ" yatağı

“Göydağ” mis-porfir yatağı Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşir. Yataq 1964–1967-ci illərdə kəşf edilmişdir. “AzerGold” QSC tərəfindən yatağın tarixi geoloji materialları araşdırılmış, 2018-ci ildən etibarən geofiziki tədqiqat və buruq-qazma işləri həyata keçirilmişdir.

2025-ci ildə beynəlxalq məsləhətçi tərəfindən yatağın mineral resurslarının qiymətləndirilməsi həyata keçirilmişdir. Hazırda layihə üzrə İlkin İqtisadi Qiymətləndirmə (İİQ) işləri davam etdirilir.

Digər layihələr