ADA Universitetinin tələbələri ilə onlayn görüş keçirilib
15.06.2020
04:52
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və ADA Universiteti arasında qəbul edilmiş Fəaliyyət Planına uyğun olaraq həyata keçirilən “Capstone” layihəsində iştirak edən tələbələrlə onlayn görüş olub.
Ali məktəbdə təhsil alan tələbələr “Mədən sənayesində alternativ və bərpa olunan enerjidən istifadə” və “Beynəlxalq mədən şirkətlərində işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsi metodlarının tətbiqi” mövzuları üzrə qrup formatında apardıqları araşdırmalara dair təqdimatlarla çıxış ediblər.
Görüş mövzular ətrafında fikir mübadiləsi ilə davam edib.
“AzerGold” QSC tərəfindən tələbələrin uğurlu araşdırmalarına görə mükafatlandırılması nəzərdə tutulub.