Azərbaycan və Özbəkistan arasında qızıl yatağın birgə işlənməsinə dair saziş imzalanıb
17.06.2026
21:00
İyunun 16-da Özbəkistan tərəfinin dəvəti ilə V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün bu ölkədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovun iştirakı ilə iki ölkə arasında sənədlər imzalanıb.
İmzalananlar arasında “AzerGold” QSC-nin iştirakı ilə Özbəkistanda qızıl yatağının birgə işlənilməsini ehtiva edən sənəd yer alıb.
Sənədi “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Özbəkistan Respublikası Dağ-Mədən Sənayesi və Geologiya Nazirinin birinci müavini Feruza Həmidova imzalayıblar.
