“AzerGold” QSC ölkəmizdə məşğulluğa töhfə verməyə davam edir

05.07.2025

11:30

Artıq 9 ildir ki, “AzerGold” QSC fəaliyyət göstərdiyi bölgələrdə davamlı iş yerləri yaradaraq, məşğulluğun artırılmasına töhfə verir. Dövlət şirkəti əməkdaşlarını təhlükəsiz, layiqli əmək şəraiti ilə təmin edir.

Hazırda “AzerGold” və törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” və “AzerBlast” MMC-də ümumilikdə 1088 nəfər əməkdaşlar çalışır. Uzunmüddətli podratçı şirkətlərdə isə 1263 nəfər daimi işlə təmin olunub.

Birbaşa və dolayı yolla ümumilikdə 2351 nəfər daimi işlə təmin edilib.