“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib
04.12.2025
17:00
Prezident İlham Əliyev bununla bağlı 4 dekabr 2025-ci il tarixində Sərəncam imzalayıb.
Sərəncama əsasən, Müşahidə Şurasının tərkibindən Vüqar Məcidli – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri və Rəşad İsmayılov – Azərbaycan İnvestisiya Holdinqinin Aktivlərin idarə olunması departamentinin Hasilat sənayesi və energetika şöbəsinin müdiri çıxarılıb.
Maliyyə Nazirliyi Aparatının İnvestisiya layihələrinin və infrastrukturunun maliyyəsi şöbəsinin müdiri – Mehman İsmayılov və Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini – Əli Cəfərov Müşahidə Şurasının tərkibinə daxil edilib.