“AzerGold” QSC-nin baş sponsorluğu ilə Beynəlxalq İnklüziv Məşğulluq Konfransı keçirilib
16.10.2026
20:34
Heydər Əliyev Fondunun və “Birgə və Sağlam” İctimai Birliyinin birgə təşkilatçılığı, “AzerGold” QSC-nin baş sponsorluğu ilə oktyabrın 15–16-da Bakıda Beynəlxalq İnklüziv Məşğulluq Konfransı keçirilib.
Konfransın ilk günündə dövlət qurumlarının, özəl sektorun, akademik dairələrin, vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirin rəsmi açılış mərasimində “AzerGold” QSC-nin müşaviri Leyla Sadıxova çıxış edib. O, Cəmiyyətin korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq fəaliyyət göstərdiyi ərazilərdə məşğulluq imkanlarının genişləndirilməsinə, həssas əhali qruplarının sosial rifahının yaxşılaşdırılmasına və onların cəmiyyətə inteqrasiyasına xüsusi diqqət yetirdiyini vurğulayıb.
Qeyd olunub ki, inklüzivliyin təşviqi insanların sosial və reabilitasiya xidmətlərinə əlçatanlığının artırılmasını da əhatə edir. Bu istiqamətdə həyata keçirilən mühüm təşəbbüslərdən biri 2023-cü ildə Gəncə şəhərində fəaliyyətə başlayan regional Autizm Mərkəzidir. Heydər Əliyev Fondunun təşəbbüsü, “AzerGold” QSC-nin dəstəyi və “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə yaradılan Mərkəzdə indiyədək Gəncə və ətraf ərazilərdən 387 nəfər reabilitasiya proqramlarına cəlb olunub, 11 yerli sakin daimi işlə təmin edilib. Mərkəzin xidmətlərindən şəhid ailələrinin və müharibə iştirakçılarının övladları da yararlanırlar.
Çıxış zamanı şəhid ailələrinin və müharibədə yaralanmış şəxslərin ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərə də diqqət çəkilib. Bildirilib ki, “AzerGold” QSC tərəfindən bu məqsədlə “YAŞAT” Fonduna 1,6 milyon manat vəsait ayrılıb.
Bununla yanaşı, Cəmiyyətin təşkilatçılığı ilə həyata keçirilən “Şəhid və müharibədə yaralananların ailə üzvlərinin iqtisadi inkişafına dəstək” layihəsi çərçivəsində qənnadçı-şirniyyatçı peşəsi üzrə iki aylıq intensiv təlimləri uğurla başa vuran 15 qadının əmək bazarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində zəruri tədbirlər görülüb.
Konfransın ilk gününün sonunda tədbirin təşkilinə verdiyi dəstəyə görə “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən “AzerGold” QSC-yə xüsusi təşəkkürnamə təqdim olunub. Təşəkkürnaməni Heydər Əliyev
Qeyd edək ki, 2030-cu ilədək ölkənin ən böyük işəgötürənlərindən birinə çevrilməyi strateji hədəflərindən biri kimi müəyyən edən “AzerGold” QSC hazırda podratçı şirkətlərin əməkdaşları da daxil olmaqla, ümumilikdə 2 850 nəfərin daimi məşğulluğunu təmin edir. Onlardan 770-i Daşkəsən, Göygöl və ətraf rayonların, 236-sı isə Kəlbəcər və ətraf rayonların sakinləridir.
Hazırda Cəmiyyətin 946 əməkdaşından 156-sı qadındır. Bununla yanaşı, Cəmiyyətin kollektivində əlilliyi olan 15 şəxs və şəhid ailələrinin 13 üzvü çalışır.









