“AzerGold” QSC və onun törəmə şirkətləri Şəhidlər xiyabanını ziyarət edib
20.01.2026
17:00
20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar “AzerGold” QSC və onun törəmə şirkətləri – “AzerBlast” MMC, “Daşkəsən Dəmir Filiz” MMC, həmçinin törəmə müəssisəsi “Azerbaijan Metal Company” MMC-nin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.
Ziyarət zamanı ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, şəhidlərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
