"Mazımçay" yatağı

1964-cü ildə kəşf edilmiş “Mazımçay” yatağı Balakən rayonu ərazisində, “Filizçay” yatağının 2-3 km yaxınlığında yerləşir. Yataq üzrə ehtiyatların ilkin qiymətləndirilməsi və yatağın perspektivliyinin ölçülməsi məqsədilə 2020-2022-ci illərdə təfərrüatlı kəşfiyyat işləri aparılıb. 2020-ci ildə “Mazımçay”da aparılmış buruqqazma işləri nəticəsində götürülmüş 107 ədəd nümunənin analiz nəticələri müəyyən olunub. Yataq üzrə ehtiyatlar hesablandıqdan sonra “Mazımçay”ın  müstəqil şəkildə istismarının iqtisadi cəhətdən səmərəli olub-olmadığı müəyyənləşəcək. Yatağın müstəqil şəkildə istismarı səmərəli hesab olunmadığı təqdirdə, Balakən rayonunda yerləşən digər yataq – “Filizçay” polimetal yatağından götürülmüş nümunələrin metallurji testlərinin nəticələrindən asılı olaraq “Mazımçay” yatağında növbəti addımların müəyyən edilməsi planlaşdırılır.

Digər layihələr