“AzerGold” QSC-nin nümayəndələri Türkiyədə mədənçilik sahəsini araşdırır
24.10.2017
03:00
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndələri 16-22 oktyabr tarixlərində Türkiyyədə səfərdə olublar.
Cəmiyyət nümayəndələri 18-21 oktyabr tarixlərində İzmir şəhərində Türkiyə Dağ-mədən Mühəndislər Palatası tərəfindən təşkil edilən 6-cı Beynəlxalq Mədən Avadanlıqları və Texnologiyaları Konqresinə qatılıb, “Mədən, Təbii Sərvətlər və Texnologiyalar” sərgisində iştirak edərək, bu sahədə tətbiq edilən ən son yeniliklərlə tanış olublar.
Səfər çərçivəsində “Azergold” QSC-nin əməkdaşları Kışlıdağ filiz emalı sahəsi və Berqama-KOZA mədəninə də baş çəkib, ümumi iş prosesləri ilə tanış olub, təcrübə mübadiləsi aparıblar.