“AzerGold” QSC AÇIQ TENDERƏ DƏVƏT EDİR:
(Elan tarixi: 19.06.2026)
Müxtəlif növ proqram təminatları üzrə lisenziyaların alınması və yenilənməsi xidmətinin satın alınması
Təchizatçılar Cəmiyyətin rəsmi internet səhifəsində - https://www.azergold.az satınalmalar bölməsinə daxil olaraq satınalmalarla tanış ola və iştirak etmək istədikləri proses üzrə əsas şərtlər toplusunu əldə etmək üçün müraciət sorğusunu müvafiq elektron poçt ünvanına ([email protected]) göndərməklə və ya yazılı şəkildə açıq tenderdə iştirak etmək niyyəti barədə müraciət ünvanlamaqla satınalma prosesində iştirak edə bilərlər.
Ehtimal qiymət - 94,217.72 AZN
İştirak haqqı – 100.00 AZN
Benefisiar: “AzerGold” QSC
VÖEN: 1403467421
H/h: AZ71AIIB380100C9446440000210,
Kapital Bank ASC, H. Cavid filialı,
bankın VÖEN-i: 9900003611,
KOD: 201531,
M/h: AZ37NABZ01350100000000001944,
SWİFT: AIIBAZ2XXXX.
Satın alınan xidmətlərin siyahısı (qiymət cədvəli)
|
S/S |
Malların və xidmətlərin təsviri |
Texniki göstəriciləri |
Vahidi |
Miqdarı |
Vahid qiyməti |
Yekun qiyməti |
|
1 |
Mövcud Autocad proqramı üçün lisenziyanın uzadılması |
Proqram üçün 1 (bir) illik tam vesiyalı lisenziyanın uzadılması (Windows platfroması üçün) |
lisenziya |
14.00 |
|
|
|
2 |
Autocad proqramının alınması (lisenziyası daxil) |
Tam versiyalı yeni proqramın alınması, eyni zamanda lisenziyası nəzərdə tutulur (Windows platforması üçün) |
ədəd |
4.00 |
|
|
|
3 |
Civil 3D üçün mövcud lisenziyanın uzadılması |
1 (bir) illik lisenziyanın uzadılması (Windoms platfroması üçün) |
lisenziya |
3.00 |
|
|
|
4 |
Mövcud Global mapper proqramı üçün lisenziyasının uzadılması |
Proqram üçün 1 (bir) illik lisenziyanın uzadılması (Windoms platfroması üçün) |
lisenziya |
1.00 |
|
|
|
5 |
Global mapper alınması |
Yeni proqramın alınması,eyni zamanda lisenziyası nəzərdə tutulur (Windoms platfroması üçün) |
ədəd |
1.00 |
|
|
|
CƏM |
|
|||||
|
ƏDV (18%) |
|
|||||
|
YEKUN CƏM |
|
|||||
Əsas Şərtlər Toplusunun Məlumat Xəritəsi hissəsinin 4-cü bəndində göstərilən ixtisas göstəricilərinə dair aşağıda qeyd olunmuş sənədləri, həmçinin qiymət təklifini imzalanmış zərfdə 14 İyul 2026-cı il saat 14:00-a qədər “AzerGold” QSC-nin Satınalma Komissiyasına (Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Satınalma prosesində iştirak etmək üçün təchizatçıların ixtisas göstəricilərinə dair aşağıdakı tələblər müəyyən edilir (Qeyri-rezident hüquqi və ya fiziki şəxs olan təchizatçılar uyğunluq sənədlərini Azərbaycan Respublikasında əldə edə bilmədiyi hallarda, həmin sənədləri qeydiyyatda olduğu ölkədən əldə edərək qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmaqla və ya onlara apostil verilməklə təqdim edirlər):
- Müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları barədə məlumat:
- Bu ƏŞT-ninn “ƏLAVƏLƏR” bölməsində müəyyən edilmiş “Satınalma prosesi iştirakçısının komplekt anket Forması”nda tərtib olunmuş rəsmi sənəd (formada tələb olunan məlumatlar yazılmaqla);
- Təklif məktubu (təklifdə bütün vergilər və xərclər daxil olmaqla təklifin yekun məbləği qeyd olunmalıdır)
- Təchizatçının təcrübəsi barədə təchizatçının özü tərəfindən hazırlanmış arayış (Oxşar işlər üzrə təcrübə) məlumat və təsdiqedici sənədlər (təhvil-təslim və ya yekun təhvil-təslim aktları, elektron qaimə və s.).
- 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayış, son maliyyə ili üzrə maliyyə hesabatı və bank tərəfindən kreditin verilmə öhdəliyini təsdiq edən kredit xətti barədə məktub (əgər ƏŞT-də tələb olunan minimal maddi vəsait tələbinə cavab vermirsə)
- Ən az 13,500 AZN maddi vəsaitə çıxışı olsun;
- Əməliyyat üzrə pul daxilolmaları ən az 50,000.00 AZN olsun;
- Yığılmış zərərin həcmi ən çoxu 18,000.00 AZN olsun;
- Mütləq likvidlik əmsalı ən azı 1 olsun
- İştirak edəcək təchizatçının (hüquqi şəxs olduqda) Nizamnaməsi və ya Əsasnaməsi;
- Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
- Vergi ödəyicisinin eyniləşmə vərəqəsi (VÖEN);
- Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin mövcud olmamasına, o cümlədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərarın olmaması haqqında müvafiq dövlət qurumundan arayış– arayış satınalma prosesinin qüvvədə olduğu müddət ərzində verilmiş olmalıdır, həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır;
- Keçirilən satınalmadan əvvəlki son 5 il ərzində ÜMUMİLİKDƏ ən azı 100,000.00 AZN məbləğində icra edilmiş və ya icrasının 80 faizdən çoxu tamamlanmış cari satınalma predmetinə oxşar ən çoxu 3 müqavilə təqdim edilsin
Açıq tender üzrə təklif zərflərinin açılışı 14 İyul 2026-cı il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.
Satınalma Komissiyası