“AzerGold” QSC AÇIQ TENDERƏ DƏVƏT EDİR:
(Elan tarixi: 05.08.2026)
Geoloji kəşfiyyat sahələrində su nümunələrinin götürülməsi və müxtəlif parametrlərin təyini üzrə analizlərin həyata keçirilməsi
Açıq tenderin iştirakçıları Cəmiyyətin rəsmi internet səhifəsində - https://www.azergold.az tenderlər bölməsinə daxil olaraq müvafiq elektron poçt ünvanına ([email protected]) və ya yazılı şəkildə açıq tenderdə iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.
Elan əsasında iştirak etmək istəyən təchizatçılar əsas şərtlər toplusunu əldə etmək üçün iştirak haqqının ödənilməsi barədə bank sənədini və müraciət sorğusunu [email protected] elektron poçt ünvanına göndərməldirlər.Satın alınan malların siyahısı (qiymət cədvəli)
Ehtimal qiymət: 54,145.11 AZN
İştirak haqqı – 50 AZN.
Benefisiar: “AzerGold” QSC
VÖEN: 1403467421
H/h: AZ71AIIB380100C9446440000210,
“Kapitalbank” ASC-nin Badamdar filialı,
bankın VÖEN-i: 9900003611,
KOD: 201531,
M/h: AZ37NABZ01350100000000001944,
SWİFT: AIIBAZ2XXXX.
Xidmətlərin siyahısı (qiymət cədvəli)
|
№ |
Xidmətin adı |
Parametrlər |
Ölçü vahidi |
Miqdarı |
Vahid qiymət |
Ümumi məbləğ |
|
1 |
Su nümunələrinin analiz olunması |
1. pH |
Nümunə sayı |
45 |
|
|
|
|
Cəm |
|
||||
|
ƏDV |
|
|||||
|
|
Yekun |
|
||||
Əsas Şərtlər Toplusunun Məlumat Xəritəsi hissəsinin 4-cü bəndində göstərilən ixtisas göstəricilərinə dair aşağıda qeyd olunmuş sənədləri, həmçinin qiymət təklifini imzalanmış zərfdə 28 Avqust 2026-cı il saat 14:00-a qədər “AzerGold” QSC-nin Satınalma Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Satınalma prosesində iştirak etmək üçün təchizatçıların ixtisas göstəricilərinə dair aşağıdakı tələblər müəyyən edilir:
- Müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanları barədə məlumat:
- Bu ƏŞT-nin “ƏLAVƏLƏR” bölməsində müəyyən edilmiş “İxtisas göstəriciləri üzrə Məlumat” Formasında tərtib olunmuş rəsmi sənəd (həmin formada tələb olunan məlumatlar yazılmaqla və yardımçı sənədlər əlavə edilməklə);
- Bu ƏŞT-nin “ƏLAVƏLƏR” bölməsində müəyyən edilmiş “Satınalma prosesi iştirakçısının komplekt anket Forması”-nda tərtib olunmuş rəsmi sənəd (formada tələb olunan məlumatlar yazılmaqla);
- Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank arayışı (hesab qalığı göstərilməklə) – arayış elanın tarixdən sonrakı müddət ərzində verilmiş olmalıdır, həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır;
- İştirak edəcək təchizatçının (hüquqi şəxs olduqda) Nizamnaməsi və ya Əsasnaməsi;
- Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
- Vergi ödəyicisinin eyniləşmə nömrəsi (VÖEN);
- Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin mövcud olmamasına, o cümlədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərarın olmaması haqqında müvafiq dövlət qurumundan arayış– arayış elanın tarixdən sonrakı müddət ərzində verilmiş olmalıdır, həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır;
- Analizləri həyata keçirən laboratoriya Azərbaycan Akkreditasiya Mərkəzi (AZAK) və ya Beynəlxalq Laboratoriya Akkreditasiyası Əməkdaşlığı (International Laboratory Accreditation Cooperation) təşkilatı tərəfindən verilmiş ISO/IEC 17025 akkreditasiya attestatına malik olmalıdır.
- Akkreditasiya sahəsi su nümunələrində analizlərin həyata keçirilməsi üzrə olmalıdır.
- Su nümunələrində ağır metalların, yağların və neft məhsullarının təyin edilməsi analizləri akkreditasiyanin əhatə dairəsinə daxil olmalıdır.[
Açıq tender üzrə təklif zərflərinin açılışı 28 Avqust 2026-cı il il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.