“AzerGold” QSC və törəmə şirkətlərinin rəhbər heyəti və kollektivi Zəfər parkını ziyarət edib
08.11.2026
12:00
8 noyabr – şanlı zəfərimizin 6-cı ildönümü münasibətilə əlaqədar “AzerGold” QSC və onun törəmə şirkətləri - “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin rəhbərliyi və kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda aparılmış 44 günlük Vətən müharibəsində parlaq qələbənin, xalqımızın göstərdiyi misilsiz qəhrəmanlığının və şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə salınmış Zəfər Parkını ziyarət ediblər.
Kollektiv tərəfindən şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımız dərin hörmətlə yad edilib.

