Nihad Quliyev

Dağ-mədən və hasilat sahələrinin koordinasiyası şöbəsi

Hasilat sahələrinin koordinasiyası sektoru

Baş mütəxəssis

Dağ-mədən və hasilat sahələrinin koordinasiyası şöbəsinin Hasilat sahələrinin koordinasiyası sektorunun baş mütəxəssisi Nihad Quliyev ötən dövr ərzində vəzifə öhdəliklərini layiqincə yerinə yetirmiş, peşəkar fəaliyyəti ilə fərqlənməyi bacarmışdır. Həmkarımız hasilat sahələrinin koordinasiyası, podratçı şirkətlərlə işlərin lazımi qaydada aparılması ilə bağlı öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməklə yanaşı, Cəmiyyətə qarşı həyata keçirilən kiberdələduzluq cəhdinin vaxtında aşkarlanaraq, qarşısının alınmasında xüsusi fəallıq nümayiş etdirmişdir.

Peşə bacarıqları ilə yanaşı, yüksək şəxsi keyfiyyətlərə sahib olan Nihad Quliyev zəhmətkeşliyi, mehribanlığı və səmimiyyəti ilə kollektivin hörmət və rəğbətini qazanıb. Cəmiyyət adından həmkarımıza nümayiş etdirdiyi əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlığına və işinə duyduğu sevgiyə görə minnətdarlığımızı bildiririk.