Ceyhun Nəcəfov

Çovdar filiz emalı sahəsi

Texniki xidmət və inzibati dəstək bölməsi

Logistika üzrə mütəxəssis

Çovdar filiz emalı sahəsinin Texniki xidmət və inzibati dəstək bölməsinin Logistika üzrə mütəxəssisi Ceyhun Nəcəfov ötən dövr ərzində verilən tapşırıqları müvəffəqiyyətlə icra edərək, səmərəli fəaliyyəti ilə fərqlənmişdir.  O, nəqliyyat vasitələrinin koordinasiyalı fəaliyyətini yüksək səviyyədə təmin edərək, məhsuldar əmək nümayiş etdirmişdir.

 

İlkin Əziz

İdarə heyəti sədr müavininin köməkçisi

Cəmiyyətin İdarə Heyəti sədr müavininin köməkçisi İlkin Əziz vəzifə öhdəliklərini peşəkarlıqla yerinə yetirərək, nümunəvi fəaliyyəti ilə fərqlənməyi bacarmışdır. Öz çalışqanlığı ilə seçilən İ.Əziz rəhbərlik tərəfindən verilən tapşırıqları operativ və qüsursuz şəkildə yerinə yetirməyi bacarmışdır.

 

Peşə bacarıqları ilə yanaşı, yüksək şəxsi keyfiyyətlərə sahib olan Ceyhun Nəcəfov və İlkin Əziz mehribanlığı və səmimiyyəti ilə kollektivin hörmət və rəğbətini qazanmışdır. Cəmiyyət adından həmkarlarımıza nümayiş etdirdikləri əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlıqlarına və işlərinə duyduqları sevgiyə görə minnətdarlığımızı bildiririk.