Hüseyn Nuriyev

Çovdar filiz emalı sahəsi

Geologiya və dağ-mədən işləri bölməsi

Geoloq

Cəmiyyətin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Geologiya və dağ-mədən işləri bölməsinin geoloqu vəzifəsində çalışan Hüseyn Nuriyev çalışdığı dövr ərzində vəzifə öhdəliklərini layiqincə yerinə yetirmiş, səmərəli fəaliyyəti ilə fərqlənmişdir.

Həmkarımız filiz bloklarının istismarına birbaşa nəzarət etmiş və Cəmiyyətin hasilat fəaliyyətinə öz töhfəsini vermişdir.

Aygül Qələmiyeva

İnsan resurlarının idarəolunması şöbəsi

İşə qəbul və kadrların uçotu sektoru

Mütəxəssis

Cəmiyyətin İnsan resurlarının idarəolunması şöbəsinin İşə qəbul və kadrların uçotu sektorunun mütəxəssisi Aygül Qələmiyeva öz peşəkarlığı və çalışqanlığı ilə seçilmiş, qarşısına qoyulmuş tapşırıqları vaxtında və dəqiqliklə icra etmişdir. Həmkarımız ötən dövr ərzində işə qəbul edilmiş yeni əməkdaşların zəruri sənədləşmə işləri, kadrların uçotunun yenilənməsi və digər vəzifə öhdəliklərini müvəffəqiyyətlə yerinə yetirmişdir.

 

Peşə bacarıqları ilə yanaşı, yüksək şəxsi keyfiyyətlərə sahib olan Hüseyn Nuriyev və Aygül Qələmiyeva mehribanlığı və səmimiyyəti ilə kollektivin hörmət və rəğbətini qazanmışdır. Cəmiyyət adından həmkarlarımıza nümayiş etdirdikləri əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlıqlarına və işlərinə duyduqları sevgiyə görə minnətdarlığımızı bildiririk.