Dağ-mədən və Hasilat Sahələrinin Koordinasiyası şöbəsinin Hasilat Sahələrinin Koordinasiyası sektorunun aparıcı mütəxəssisi Nihad Quliyev çalışdığı qısa müddət ərzində vəzifə öhdəliklərini tez mənimsəməklə yüksək keyfiyyət və məsuliyyətlə yerinə yetirib, hasilat sahəsində aparılan bütün dağ-mədən əməliyyatları üzrə işlərin düzgün koordinasiyasını təşkil edərək, öhdəsinə düşən digər bütün tapşırıqları peşəkarlıqla icra edib. Bununla yanaşı, yüksək nizam-intizam, idarəetmə qabiliyyəti ilə də seçilən Nihad Quliyev Cəmiyyətin əməkdaşlıq etdiyi yerli və xarici şirkətlərlə sağlam əlaqələrin qurulmasında göstərdiyi məsuliyyət və yüksək peşəkarlıqla fərqlənmişdir.

Cəmiyyətimiz adından ona bu işgüzarlığına və işinə duyduğu sevgiyə görə minnətdarlığımızı bildiririk.