Çovdar Filiz Emalı Sahəsinin (ÇFES) Texniki xidmət və inzibati dəstək bölməsinin bağbanı Qarayev Lətif Abbas oğlu vəzifə öhdəliyini yüksək səviyyədə yerinə yetirməklə bərabər yanvar ayında ÇFES ərazisindəsıradan çıxmış texniki su xəttinin yenilənməsində könüllü olaraq iştirak edib, həm icraçıya dəstək olub,həm də köməkçi işçi kimi aktivlik göstərib.

Həmçinin Tülallar sahəsində təmizlik və abadlıq işlərininaparılmasının təşkilində, eləcə də ÇFES-də, inzibati binalarda texniki suyun təmizlənməsi işlərində, ADRərazisində, Qızıl Otağının ətrafında inşaat, Geoloji Düşərgədə təmir-bərpa və abadlıq işlərinin aparılmasında yüksək səriştə və peşəkarlıq nümayiş etdirib, işləri vaxtında və dəqiq icra edib.

Cəmiyyətimiz adından Lətif Qarayevə zəhmətkeş fəaliyyətinə görə təşəkkür edir, yüksək peşəkarlığına və işinə duyduğu sevgiyə görə minnətdarlığımızı bildiririk.