Cəmiyyətin Logistika və inzibati işlər şöbəsinin Logistika sektorunun mütəxəssisi Telman Əzizov vəzifə öhdəliklərini yüksək peşəkarlıqla yerinə yetirərək, səmərəli fəaliyyəti ilə fərqlənməyi bacarmışdır. İşinə daim məsuliyyətlə yanaşan əməkdaşımız Cəmiyyətin İdarə Heyətinin sədri tərəfindən təsdiqlənmiş 2021-ci il üzrə Satış və İxrac proqnozlarına əsasən mart ayında nəzərdə tutulandan daha çox xəlitənin ixrac edilməsinə dəstək göstərmişdir.

Xüsusi peşə bacarıqları ilə yanaşı, yüksək şəxsi keyfiyyətlərə malik olan həmkarımız dövr ərzində avtonəqliyyat vasitələrinin səmərəli idarə olunmasını da təşkil etmiş, əməkdaşların xidməti avtomobillərlə təmin olunması işini yüksək səviyyədə yerinə yetirmişdir.

Mehribanlığı və səmimiyyəti ilə kollektivin hörmət və rəğbətini qazanmış Telman Əzizova Cəmiyyətimiz adından təşəkkür edir, yüksək peşəkarlığına və işinə duyduğu sevgiyə görə minnətdarlığımızı bildiririk.