Əmrah Göyüşov

Geoloji kəşfiyyat şöbəsi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi

Texnik geoloq

 

Geoloji kəşfiyyat şöbəsinin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin texnik geoloqu Əmrah Göyüşov ötən dövr ərzində geoloji kəşfiyyat ilə bağlı verilən tapşırıqları müvəffəqiyyətlə icra edərək, səmərəli fəaliyyəti ilə fərqlənmişdir. Həmkarımız vəzifə öhdəliklərini operativ və qüsursuz şəkildə yerinə yetirərək, Cəmiyyətin ümumi fəaliyyətinə öz töhfəsini vermişdir.

 

İbrahim Zeynallı

Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsi

Aparıcı mütəxəssis

 

Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsinin aparıcı mütəxəssisi İbrahim Zeynallı peşəkarlığı, nümunəvi xidmətləri ilə fərqlənməyi bacarmışdır. Həmkarımız ötən dövr ərzində layihələrin idarəedilməsi, müvafiq hesabatların hazırlanması ilə bağlı ona həvalə olunmuş vəzifələrin öhdəsindən yüksək səviyyədə gələrək, göstərilən etimadı doğrultmuşdur.

 

Peşə bacarıqları ilə yanaşı, yüksək şəxsi keyfiyyətlərə sahib olan Əmrah Göyüşov və İbrahim Zeynallı mehribanlığı və səmimiyyəti ilə kollektivin hörmət və rəğbətini qazanmışdırlar. Cəmiyyət adından həmkarlarımıza nümayiş etdirdikləri əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlıqlarına və işlərinə duyduqları sevgiyə görə minnətdarlığımızı bildiririk.