Oktyabr 2018-ci il

Çovdar filiz emalı sahəsinin menecer köməkçisi Şükürov Şükür Nazim oğlu

Öz işinə xüsusi həvəslə yanaşaraq istehsalat ilə əlaqədar Dağ-mədən və hasilat sahələrinin koordinasiyası şöbəsinin müdirinin və ÇFES-nin mədən menecerinin verdiyi göstərişləri əsasında ÇFES-in ayrı-ayrı bölmələrinin bir-biri ilə səmərəli fəaliyyətinin təmin edib, mədən meneceri tərəfindən verilən tapşırıqların icrasını vaxtında yerinə yetirib, mədən menecerinin göstərişi əsasında istehsalat üzrə hesabatları və yazışmaları vaxtında hazırlayıb;

Əlavə olaraq Şükürov Şükür “Partlatma, daşınma və qırma” işləri üzrə podratçı şirkətin işlərini aidiyyatı üzrə nəzarəti düzgün və yüksək keyfiyyətlə yerinə yetirib.

Biz komandamızda bu cür zəhmətkeş, öz işini sevən və işinə can yandıran belə işçilərin olması ilə qürur duyur, ona bu əməyinə görə Cəmiyyətimiz adından təşəkkür edirik.

Arzu edirik ki, Cəmiyyətin bütün əməkdaşları Cəmiyyət qarşısına qoyulmuş hədəflərin icra edilməsində nümunəvi fəaliyyət nümayiş etdirəcək və öz işində uğurlara nail olacaqlar.