Xəyalə Hacıyeva

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi

Mütəxəssis

Cəmiyyətin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Sənədlərlə iş və arxiv sektorunun mütəxəssisi Xəyalə Hacıyeva ötən dövr ərzində qarşıya qoyulan tapşırıqların operativ və qüsursuz icrasında yüksək peşəkarlıq nümayiş etdirərək, peşəkarlığı və çalışqanlığı ilə fərqlənməyi bacarıb. Həmkarımız vətəndaşlar tərəfindən göndərilən məktubların, həmçinin Cəmiyyətə aid sənədlərin idarə olunması ilə bağlı öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməklə, ümumi fəaliyyətə öz töhfəsini verib.
Peşə bacarıqları ilə yanaşı, yüksək şəxsi keyfiyyətlərə sahib olan Xəyalə Hacıyeva mehribanlığı və səmimiyyəti ilə kollektivin hörmət və rəğbətini qazanıb.

Cəmiyyət adından həmkarımıza nümayiş etdirdiyi əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlığına və işinə duyduğu sevgiyə görə minnətdarlığımızı bildiririk.