Hüquq şöbəsinin hüquqşünası Mahmudov İsmayıl İlham oğlu Hüquq şöbəsinin icraatında iş həcminin çox olduğu zamanlarda qarşıya qoyulmuş müxtəlif məzmunlu çoxsaylı tapşırıqları qısa müddət ərzində və yüksək peşəkarlıqla yerinə yetirməsi, şöbəyə daxil olan sorğu və müraciətlərə xüsusi məsuliyyət və ciddiliklə yanaşaraq operativ şəkildə cavablandırması, digər şöbələrin fəaliyyəti ilə əlaqəli zəruri dəstək göstərməsiylə fərqlənmişdir.

İsmayıl bəy, Cəmiyyətin fəaliyyət istiqamətləri üzrə əhəmiyyət kəsb edən bir sıra müqavilələr üzrə danışıqların aparılması və hazırlanması mərhələsində yaxından iştirak etmiş, işə davamiyyəti və stressə davamlılığı ilə nümunəvi davranış sərgiləmişdir.

Cəmiyyətimiz adından ona bu əməyinə görə təşəkkür edir, yüksək peşəkarlığına və işinə duyduğu sevgiyə görə minnətdarlığımızı bildiririk.

Arzu edirik ki, Cəmiyyətin bütün əməkdaşları Cəmiyyət qarşısına qoyulmuş hədəflərin icra edilməsində nümunəvi fəaliyyət nümayiş etdirəcək və öz işində uğurlara nail olacaqlar.