Sentyabr 2019-cu il


Çovdar filiz emalı sahəsinin Əməliyyat bölməsinin qırma, daşıma sahəsi üzrə nəzarətçisi Süleymanlı Seymur Rasim oğlu nümunəvi fəaliyyət nümayiş edərək öz vəzifə öhdəliklərini uğurla yerinə yetirmişdir.

Qırıcı sahəsində 18 avqust tarixində Çovdar sahəsində bütün dövrlər üzrə gündəlik xırdalama üzrə 5724 ton və növbə üzrə 3012 ton olmaqla, həmçinin ümumi ay üzrə 131,835 ton xırdalama göstəricisi ilə rekord göstərici qeydə alınmışdır. Növbə üzrə rekord göstərici Qırma Daşıma sahəsi üzrə nəzarətçi Süleymanlı Seymur Rasim oğlunun növbəsində qeydə alınmışdır. Ümumiyyətlə Seymur Suleymanlı əmək fəaliyyəti zamanı qırıcı sahəsində maksimum xırdalama ilə yanaşı filizin aqlomerasıyasına həmçinin avadanlıqların düzgün istismarına və texniki baxışına da diqqətlə yanaşmışdır.

Cəmiyyətimiz adından ona bu əməyinə görə təşəkkür edir, yüksək peşəkarlığına və işinə duyduğu sevgiyə görə minnətdarlığımızı bildiririk.