Aprel 2019-cu il

Geoloji-kəşfiyyat şöbəsinin geoloqu Mikayıl Eldar oğlu Nağıyev peşəkar, səmərəli, çətin və zaman-zaman ekstremal iş qrafikində geoloji-kəşfiyyat işlərinin spesikasina uyğun,eyni zamanda vəzifə öhdəlikləri çərçivəsində yerinə yetirdiyi işlərin nəticəsində Cəmiyyətimizin əsas və ümdə öhdəliklərindən biri olan mineral-xammal bazasının artırılması istiqamətində önəmli nəticələr əldə edilmişdir. Həmmüəllifi olduğu Çovdar qızıl yatağınin yaxın cinahlarında yerinə yetirilmiş kəşfiyyat işləri nəticəsində tərtib edilmiş texniki-iqtisadi təqdimatların səviyyəsi xarici məsləhətçı konsalting Şirkətləri tərəfindən yüksək qiymətləndirilmiş, xüsusi olaraq cəmiyyətimizin iqtisadi yüksəlişinə təkan verəcək əhəmiyyətli dərəcədə qızıl ehtiyatlarının artırıldığı qeyd edilmişdir.

Mikayıl Nağıyevə Cəmiyyətimizə verdiyi töhfələrə, peşəsini sevərəkdən yerinə yetirdiyinə və qatdığı dəyərə görə minnətdarlığımızı bildirir, uğurlu nəticələrinin bir ənənə olaraq davam etməsini arzulayırıq.

Ümüdvarıq ki, Cəmiyyətin bütün əməkdaşları gənc mütəxəsiss Mikayıl Nağıyevin timsalında qarşıya qoyulmuş hədəflərin icra edilməsində nümunəvi fəaliyyət nümayiş etdirəcək və öz işlərində uğurlara nail olacaqlar.