Araz Qarayev

Çovdar Filiz Emalı Sahəsi

Geologiya və dağ-mədən işləri bölməsi

Topoqraf

Çovdar Filiz Emalı Sahəsinin Geologiya və dağ-mədən işləri bölməsinin topoqrafı Araaz Qarayev dövr ərzində öz vəzifə öhdəliklərini yüksək peşəkarlıqla yerinə yetirmiş, özünü nizam-intizamlı işçi kimi göstərmişdir. O, Daşkəsən dəmir filizi yataqları, “Tülallar”, “Ağyoxuş”, “Mərəh” qızıl mədənlərinin kəşfiyyatı işləri zamanı topoqrafik planlama işlərində böyük əmək sərf etmişdir.

 

Peşə bacarıqları ilə yanaşı, yüksək şəxsi keyfiyyətlərə sahib olan Məcid Bəylərov və Araz Qarayev mehribanlığı və səmimiyyəti ilə kollektivin hörmət və rəğbətini qazanmışdır. Cəmiyyət adından həmkarlarımıza nümayiş etdirdikləri əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlıqlarına və işlərinə duyduqları sevgiyə görə minnətdarlığımızı bildiririk.

 

Məcid Bəylərov

İnsan resurslarının idarəolunması şöbəsi

İşə qəbul və kadrların uçotu sektoru

Aparıcı mütəxəssis

İnsan resurlarının idarəolunması şöbəsinin İşə qəbul və kadrların uçotu sektorunun Aparıcı mütəxəssisi Məcid Bəylərov peşəkarlığı və çalışqanlığı ilə fərqlənməyi bacarmışdır. Həmkarımız işə qəbul və kadrların uçotunun aprılması ilə bağlı qarşısına qoyulan tapşırıqları daim vaxtında və keyfiyyətlə icra edərək, Cəmiyyətin fəaliyyətinə töhfələrini vermişdir.