Nərminə Əliyeva, Geoloji kəşfiyyat şöbəsinin mütəxəssisi

Nərminə Əliyeva çöl şəraitində geoloji-kəşfiyyat işlərinin uğurla aparılması üçün zəruri olan logistik dəstəyin göstərilməsi, material təchizatının təmin edilməsi, toplanmış geoloji materialların xarici və yerli laborator mərkəzlərinə çatdırılması və koordinasiyası, “AzerGold” QSC ilə Azərbaycan Respublikasının Elmi-Tədqiqat İnstitutları və Universitetləri arasında əməkdaşlıq prosedurları kimi məsuliyyətli işlərin yerinə yetirilməsində önəmli rol oynayır. Sadalananlarla yanaşı, Nərminə Əliyeva çöl şəraitində çalışan şöbə əməkdaşları ilə Cəmiyyətin digər şöbələri arasında əlaqələndirici funksiyasını layiqincə yerinə yetirir, icra proseslərində yarana biləcək fasilələrin qarşısının alınması istiqamətində səylərini əsirgəmir, işçilərin iş şəraitinin yaxşılaşdırılması üçün əməli təkliflər verir. Nümunəvi davranışına, yüksək peşəkarlığına və işinə sevgi ilə yanaşmasına görə Cəmiyyətimiz adından Nərminə xanıma

minnətdarlığımızı bildiririk.