Sabir Həsənov

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Marketinq və pərakəndə satış sektoru

Mütəxəssis

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin Marketinq və pərakəndə satış sektorunun mütəxəssisi Sabir Həsənov dövr ərzində işinə məsuliyyətlə yanaşmış, verilən tapşırıqları dəqiq və vaxtında icra etmişdir. Həmkarımız şöbənin fəaliyyət istiqamətlərini əhatə edən müqavilələrin idarəçiliyində iştirak etmiş, işgüzarlığı və məhsuldarlığı ilə fərqlənmişdir.

 

Sahil Məmmədov

İdarə Heyəti katibliyi

Təhlükəsizlik üzrə mütəxəssis

Cəmiyyətin İdarə Heyəti katibliyinin təhlükəsizlik üzrə mütəxəssisi Sahil Məmmədov təcrübəli və çalışqan işçi kimi fərqlənməyi bacarmışdır. Vəzifə öhdəliklərini yüksək peşəkarlıqla yerinə yetirən həmkarımız dövr ərzində təhlükəsizlik sahəsində nümunəvi fəaliyyətini davam etdirərək, Cəmiyyətin ümumi fəaliyyətinə öz töhfəsini vermişdir.

 

Peşə bacarıqları ilə yanaşı, yüksək şəxsi keyfiyyətlərə sahib olan Sabir Həsənov və Sahil Məmmədov mehribanlığı və səmimiyyəti ilə kollektivin hörmət və rəğbətini qazanmışdır. Cəmiyyət adından həmkarlarımıza nümayiş etdirdikləri əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlıqlarına və işlərinə duyduqları sevgiyə görə minnətdarlığımızı bildiririk.