Vidadi Quliyev

Logistika və inzibati işlər şöbəsi

Logistika sektoru

Sürücü

Cəmiyyətin Logistika və inzibati işlər şöbəsinin Logistika sektorunun sürücüsü Vidadi Quliyev vəzifə öhdəliklərini peşəkarlıqla yerinə yetirərək, nümunəvi fəaliyyəti ilə fərqlənməyi bacarmışdır. V.Quliyev ötən dövr ərzində ona təhkim olunmuş avtomobilin idarəsini daha səmərəli təşkil etmiş, nəticədə həmkarımızın sürücülük fəaliyyəti fərdi məsuliyyət və xərclərə qənaət baxımından yüksək qiymətləndirilmişdir.

 

Fazil Fəzli

Çovdar filiz emalı sahəsi

Texniki xidmət və inzibati dəstək bölməsi

İnzibati işlər üzrə mütəxəssis

Cəmiyyətin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Texniki xidmət və inzibati dəstək bölməsinin İnzibati işlər üzrə mütəxəssisi vəzifəsində çalışan Fazil Fəzli vəzifə öhdəliklərini layiqincə yerinə yetirmiş, nümunəvi fəaliyyəti ilə fərqlənmişdir. O, regional emal sahəsində abadlıq işlərinin yüksək səviyyədə aparılması və davamlılığının təmin edilməsinə öz dəstəyini göstərmişdir.

Peşə bacarıqları ilə yanaşı, yüksək şəxsi keyfiyyətlərə sahib olan Vidadi Quliyev və Fazil Fəzli mehribanlığı və səmimiyyəti ilə kollektivin hörmət və rəğbətini qazanmışdır. Cəmiyyət adından həmkarlarımıza nümayiş etdirdikləri əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlıqlarına və işlərinə duyduqları sevgiyə görə minnətdarlığımızı bildiririk.