Mart 2019-cu il

Çovdar filiz emalı sahəsinin Əməliyyat bölməsinin emal sahəsinin nəzarətçisi Mirzəyev Teymur Aydın oğlu Çovdar Filiz Emalı sahəsində yerləşən Absorbsiya Desorbsiya Emal zavodunda nümunəvi fəaliyyət nümayiş edərək öz vəzifə öhdəliklərini uğurla yerinə yetirmişdir.

Əlavə olaraq Çovdar Filiz Emalı sahəsinin ADB zavodunda adsorbsiya, desorbsiya proseslərinin prosedurlara uyğun aparılması, vəzifə öhdəliklərini məsuliyyətli şəkildə yerinə yetirməsi, verilən tapşırıqları dərhal icra etməsi ilə fərqlənmişdir.

Ona fəaliyyətinə görə Cəmiyyətimiz adından təşəkkür edir, yüksək peşəkarlığına görə minnətdarlığımızı bildiririk.

Cəmiyyətin bütün əməkdaşlarının Cəmiyyət qarşısına qoyulmuş hədəflərin icra edilməsində nümunəvi fəaliyyət nümayiş etdirməsini və öz işində uğurlara nail olmasını arzu edirik.