Azər Dalov

Çovdar filiz emalı sahəsi

Logistika bölməsi

Nəqliyyat üzrə mexanik

Çovdar filiz emalı sahəsinin Logistika bölməsinin nəqliyyat üzrə mexaniki Azər Dalov ötən dövr ərzində verilən tapşırıqları müvəffəqiyyətlə icra edərək, səmərəli fəaliyyəti ilə fərqlənmişdir. O, xidməti nəqliyyat vasitələrinin texniki yoxlanışını uğurla həyata keçirərək, operativ və qüsursuz fəaliyyətin təmin edilməsinə öz töhfələrini vermiş, qarşıya qoyulan vəzifələri uğurla icra etmişdir.

 

Nərgiz Əzizova

Maliyyə şöbəsi

Büdcə və planlama sektoru

Baş mütəxəssis

Maliyyə şöbəsinin Büdcə və planlama sektorunun baş mütəxəssisi Nərgiz Əzizova vəzifə öhdəliklərini peşəkarlıqla yerinə yetirərək, nümunəvi xidmətləri ilə fərqlənməyi bacarmışdır. Həmkarımız ötən dövr ərzində büdcənin tərtib olunması, xərclərə nəzarət, maliyyə hesabatlarının hazırlanması sahəsində fəaliyyətə öz töhfələrini vermiş, rəhbərlik tərəfindən verilən bütün tapşırıqları operativ və qüsursuz şəkildə icra etmişdir.

 

Peşə bacarıqları ilə yanaşı, yüksək şəxsi keyfiyyətlərə sahib olan Nərgiz Əzizova və Azər Dalov mehribanlığı və səmimiyyəti ilə kollektivin hörmət və rəğbətini qazanmışdır. Cəmiyyət adından həmkarlarımıza nümayiş etdirdikləri əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlıqlarına və işlərinə duyduqları sevgiyə görə minnətdarlığımızı bildiririk.