Fevral 2019-cu il

Çovdar Filiz Emalı sahəsinin Geologiya və dağ-mədən işləri bölməsinin baş topoqrafı Dadaş Məmmədəliyev nümunəvi fəaliyyət nümayiş etdirərək öz vəzifə öhdəliklərini uğurla yerinə yetirmişdir.

Belə ki, Məmmədəliyev Dadaş Cəmiyyətin saziş sahələri üzrə təftiş işlərində fəallıq göstərmiş, ÇFES ərazisində topoqrafiq ölçmələrin nöqsansız yerinə yetirilməsində, hava şəraitinin həddindən artıq soyuq və isti olmasından asılı olmayaraq Tülallar ərazisində topoqrafiq planalma işlərinin aparılmasında peşəkarcasına fədakarlıq etmiş və Cəmiyyət üçün önəmli olan digər sosial layihələrdə aktiv iştirak etmişdir.

Dadaş müəllimin Cəmiyyət üçün strateji əhəmiyyət kəsb edən digər layihələrdə də xidmətləri danılmazdır.

Biz komandamızda bu cür zəhmətkeş, öz işini sevən və işinə can yandıran işçilərin olması ilə qürur duyur, ona bu əməyinə görə Cəmiyyətimiz adından təşəkkür edirik.