İyul 2018-ci il

Tağıyeva Ramilə, Ümumi şöbənin Sənədlərlə iş və arxiv sektorunun baş mütəxəssisi

Ümumi şöbənin Sənədlərlə iş və arxiv sektorunun baş mütəxəssisi Tağıyeva Ramilə Musa qızı Cəmiyyətdə kargüzarlıq işinin təşkilində, sənədlərin “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 935 nömrəli Fərmanına əsasən qeydiyyatının aparılmasında yüksək peşəkarlıq göstərmiş, Cəmiyyətdə mövcud olan bütün növ sənədlərin daimi saxlanılması və axtarışının asanlaşdırılması ilə əlaqədar ilkin elektron bazanın yaradılmasında, həmçinin cəmiyyətdə elektron sənəd dövriyyəsinin (ERP) tətbiqində yaxından iştirak etmiş və təkliflər vermişdir. Arxiv işinin təşkili ilə bağlı “İşlərin nomeklatur siyahısı”nı tərtib etmiş və vəzifə öhdəliklərini layiqincə yerinə yetirmişdir.

Nümunəvi davranışına, yüksək peşəkarlığına və işinə sevgi ilə yanaşmasına görə Cəmiyyətimiz adından Ramilə xanıma minnətdarlığımızı bildiririk.